İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Azərbaycana yeni texnologiyalar təklif edir

1727 06.11.2016 11:01 Ölkə A A
"Macarıstan Azərbaycana nəqliyyatda elektron ödənişlər üçün yeni texnologiyaların, kənd təsərrüfatı, şəhər idarəetməsi, su təsərrüfatı və elektrik təchizatı sahələrində yeni elektron sistemlərin tətbiq olunmasını təklif edir". 

Bu barədə Trend-ə açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir qeyd edib ki, bu sahələrdə Macarıstan dünya səviyyəli texnologiya resurslarına malikdir.

Onun sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiya sahəsində birgə müəssisələrin yaradılmasında hər iki ölkə maraqlıdır.

Səfir deyib: “Macar şirkətləri artıq Azərbaycanda bir sıra birgə layihələrin icrasına başlayıb. Ölkəmiz həm də Azərbaycanda əczaçılıq zavodunun yaradılması imkanını da nəzərdən keçirir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR