İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfa Zeynalova erotik epizodların qurbanı oldu

11920 13.08.2013 01:38 Mədəniyyət A A
Məlumatlara görə, film aktrisanın ailəsindən də izsiz ötüşməyib. Bu barədə Mövqe.az-a Vəfa Zeynalovanın adının açıqlanmasını istəməyən həmkarı, məlumat verib: 
“Mən həmin filmin ancaq ”məşhur səhnəsi"nə baxdım. Bir aktrisa olaraq Vəfanı başa düşürəm. Amma kişilər belə şeyi qəbul eləməkdə çətinlik çəkirlər. Eşitdiyimə görə, açıq-saçıq səhnəni Vəfanın həyat yoldaşı dözümsüzlüklə qarşılayıb. Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatıb və məhkəməyə müraciətlə yekunlaşıb". Mövqe.az aktrisanın özü ilə əlaqə yaradıb. Sualları əsəbiliklə qarşılayan Vəfa Zeynalova bu barədə heç bir açıqlama vermək istəmədiyini deyib: “Bu barədə danışmaq istəmirəm. Bilmirəm axmaq şeyləri kimlər uydurur? Yazmağa, danışmağa başqa mövzu yoxdur?! Yoxdu elə şey...” 
Qeyd edək ki, 2011-ci ildə çəkilmiş “İlahi məxluq” filmi “Bizim kino” prodüser mərkəzinin istehsaladır. Rejissoru və ssenari müəllifi Yavər Rzayevdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR