Luqanskda separatçılar şaxtaçıların avtobusunu atəşə tutdu - Ölən və yaralananlar var
Ukraynanın Luqansk şəhərində separatçılar şaxtaçıların olduğu avtobusu atəşə tutublar.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, nəticədə avtobusda olan şaxtaçılardan 1 nəfər həlak olub. Bu haqda Luqansk şəhər meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tatyana Poqukay məlumat verib:
Roqukay deyib ki, dünən axşam işdən avtobus vasitəsi ilə evə qayədan şaxtan şaxtaçıları hərbi geyimli, maskalı şəxslər atəşə tutub. Avtobusda 10 sərnişin olub sərnişinlərdən biri həlak olub, girərləri isə yaralanıb: "Separatçılar dəfələrlə şaxtalara gedərək orada çalışan insanları Ukrayna hökumətinə tabe olmamağa, işlərini dayandırmağa çağırmışdılar. Onlar hər dəfə şaxtada işləyən şəxsləri ölümlə hədələyirdilər. Bütün bunlara baxmayaraq Luqanskada olan şaxtyalar yenə də əvvəlki qaydada işlərini davam etdirir".






