İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: Ukrayna tankları Rusiya yanacağı ilə işləyir

788 19.01.2019 01:27 Dünya A A

Ukrayna öz tanklarına Belarus yanacağını tökmək istəmir. Onlar Rusiya yanacağına üstünlük verirlər.

Oxu.Az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Son zamanlar bizə irad tuturlar ki, Ukrayna tanklarına dizel yanacağı veririk. Orada hansı yanacağın olduğunu araşdırmağı tapşırdım. Mənə məruzə etdilər ki, orada bütövlükdə Rusiya istehsalı olan yanacaqdır”, - deyə o vurğulayıb.

Lukaşenko qeyd edib ki, Belarusdan Ukrayna bazarına ixrac xeyli azalıb:

“Bizi sadəcə Ukrayna bazarından sıxışdırıb çıxarırlar və söhbət təkcə neft məhsullarından getmir. Rəqabət gedir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR