İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: Rusiya və Qərb arasında konfrontasiyanın həddi ən yüksək nöqtəyə çatıb

381 08.10.2019 16:42 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb və Rusiya arasındakı qarşıdurmanın özünün ən yüksək səviyyəsinə gəlib çatdığını söyləyib.

“BelTA” agentliyinin verdiyi məlumata görə, Belarus lideri hər iki tərəfin təhlükəsizlik və tərksilah sahələrində çalışan ekpsertlərinin bu situasiyadan narahat olduqlarını dilə gətirib.

“Rusiya və NATO-nun lokal konflikti qlobal nüvə müharibəsinə çevirmələri üçün cəmi bir neçə dəqiqə kifayətdir”,-deyə Aleksandr Lukaşenko qeyd edib.

Prezidentin sözlərinə görə, 1987-ci ildə imzalanan “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında saziş”in qüvvəsinin bitməsi həm ABŞ-ı, həm də Rusiyanı uçuruma doğru aparır.

Qeyd olunur ki, bundan öncə Aleksandr Lukaşenko rəsmi Minskin Rusiya əleyhinə Qərblə dostluq etməyəcəyini bildirmişdi. O, ümumiyyətlə, ölkəsinin Şərq və Qərb arasında seçim qarşısında buraxılması söhbətlərinin əleyhinə olduğunu vurğulayıb.

“Bizim mövqeyimiz belədir. Biz bir tərəfdən Rusiya və Çinlə münasibətlərimizi, dogrə tərəfdən də ABŞ və Avropa Birliyi ilə əlaqələrimizi özümüz müəyyənləşdirəcəyik”, - deyə Belarus dövlət başçısı söyləyib.

Onun bildirdiyinə əsasən, ABŞ tərəfi heç vaxt Belarusun belə şərtlər irəli sürməsinə görə inciməyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR