İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lotu Quli”nin əsas adamlarından olan “Kürd Amo” öldürüldü – FOTOLAR

2831 18.07.2024 09:32 Kriminal A A

Kriminal aləmdə “Kürd Amo” kimi tanınan Əhməd Ərəbov öldürülüb.

Musavat.com bakupost.az-a istinadən xəbər verir ki, hadisə Goranboy ərazisində baş verib.

“Kürd Amo” “qanuni oğru” “Lotu Quli”nin əsas tərəfdarlarından biri kimi tanınırdı. Son illərdə həyatına təhlükə olduğundan Bakıdan uzaqlarda yaşadığı bildirilir. Buna görə də hadisənin kriminal qruplaşmalar arasındakı düşmənçiliklə əlaqəli olduğu ehtimal olunur.

Amma saytımızın araşdırmasına görə, “Kürd Amo” uzaq qohumu tərəfindən öldürülüb. Belə ki, onun hadisədən bir gün əvvəl Tarzan Salmanov adlı şəxslə əkin sahəsində mübahisələri olub. Ayın 16-da “Kürd Amo” mübahisəni davam etdirmək üçün idarə etdiyi avtomobillə rayonun Veyisli kəndi ərazisində onun qarşısını kəsib. Avtomobildən düşərək ona tərəf irəlilədiyini görən T.Salmanov idarə etdiyi “Ford” markalı avtomobilini “Kürd Amo”nun üzərinə sürərək, üstündən keçib. Əhməd Ərəbov yerindəcə vəfat edib. Tarzan Salmanov isə hadisə yeindən qaçsa da, bir neçə saat sonra saxlanılıb.

Qeyd edək ki, “Kürd Amo” 2021-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi ilə 2 il müddətinə həbs olunub. O, daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb.

“Kürd Amo”nun məhrum “Lotu Quli”nin yaxın ətrafında olan kriminal avtoritetlərdən biri olduğu deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR