İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda yaşayan azərbaycanlının ingilis dilində kitabı çap olunub

1624 20.10.2019 16:53 Son xəbər A A

Londonda yaşayan Azərbaycanlı hüquqşunas Rauf Xəlilovun ingilis dilində “The Legend of Sidri” (Sidrinin Əfsanəsi) adlı uşaq hekayə kitabı təqdim olunub.

Musavat.com-un verdiyi xəbərə görə, Böyük Britaniyadakı Azərbaycan Qadınları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfiri Tahir Tağızadə, Londondakı Azərbaycan diasporasının üzvləri, xarici qonaqlar qatılıblar.

Rauf Xəlilov musavat.com-a verdiyi açıqlamada kitabın Britaniyada çap olunmasının əhəmiyyətindən danışıb: “Mən istədim ki, burada yaşayan insanlar bizim mədəniyyətimizi, bizim ədəbi üslubumuzu bilsinlər. Bundan başqa, Azərbaycanda yeni yazılmış uşaq nağılları nümunələrinə də çox rast gəlmirik. Buna görə bu kitabı yazmaq qərarına gəldim. Bundan başqa mənim ilk övladımın dünyaya gəlməsi də bu kitabın ərsəyə gəlməsində mühüm rol oynayıb”.- deyə o, qeyd edib.

R. Xəlilov kitab və kitabla bağlı olan suvinirlərin satışından əldə edən gəlirlərin Azərbaycanda və Britaniyadakı uşaq xeyriyyə cəmiyyətlərinə təqdim ediləcəyini deyib. O, kitabın Azərbaycan dilində də çap ediləməsini üçün çalışıdığını qeyd edib.

Aytən Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR