İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda heykəli ucaldılan ilk müsəlman qadın: Güllələnərək, öldürülən “agent şahzadə” kimdir? - FOTOLAR

2764 09.05.2019 17:48 Maraqlı A A

Bu gün alman faşizmi üzərində qələbədən 74 il ötür.

Bu müharibədə minlərlə fədakar hərbçi şücayət göstərib. Alman faşizminə qarşı savaşan bir qadın haqqında sizlərə bəhs edəcəyik. Varlı bir ailənin övladı olub, rahat yaşamağı deyil, faşistlərə qarşı savaşmağı seçən Noor İnayat Khanın maraqlı həyat hekayəsini sizlərə təqdim edirik.

Noor İnayat Khan 1914-cü ildə Moskvada dünyaya gəlib. Hind əsilli bir ailənin övladı idi. Atası Hazrat İnayat Khan Sufizmin qurucularından biri olub. O, sufizmi Qərbdə yayan ilk lider idi. Anası Pirani Ameena Begum isə 18-ci əsrdə Maisur kralı olan Tippunun qohumu idi.

khan-5

Belə bir ailədə dünyaya gələn qızın əldə edə bilməyəcəyi heç bir şey yox idi. Lakin o, var-dövlət içərisində yaşamaqdansa xəyallarının ardından getməyi seçdi. O, ikinci dünya müharibəsi zamanı nasistlərə qarşı mübarizə apararaq tarixə adını yazdırıb. Keçmişi ilə gələcəyini əlaqələndirərək ona “agent şahzadə” ləqəbini verdilər.

Ailənin dördüncü uşağı olan Noor gənc yaşlarında ailəsi ilə birlikdə Parisə köçüb. Nasistlərin işğalına kimi o, ailəsi ilə birlikdə Parisdə yaşayıb. O, Parisin mərkəzi universiteti sayılan Sorbonnedə uşaq psixologiyası və Paris konservatoriyasında musiqi təhsili alıb. Daha sonra Fransa radiosunda şeir oxuyub və uşaqlar üçün nağıllar yazmaq kimi bir neçə bacarığı da olub. Ailəsinin böyük imkanlara sahib olmasına rəğmən özünün bu əzmi, iradəsi onu tanıyanlara daha çox sevdirirdi.

khan-2

Fransa alman ordusu tərəfindən işğal olunan zaman ailə bu dəfə İngiltərəyə köçdü. Noor bir müddət İngiltərədə yaşadıqdan sonra faşistlərə qarşı onun da mübarizə aparması lazım olduğu qənaətinə gəldi. O, İngiltərənin nasistlərə qarşı savaşına dəstək olmaq üçün hava qüvvələrinə müraciət etdi. O, burada ilk təlimləri keçdi və hava qüvvələrində zabit olaraq vəzifə aldı. Bununla da yetinməyən Noor Khan 1944-cü ildə agent olmaq qərarına gəldi və bununla bağlı lazımı təlimlərdən keçməyə başladı.

khan-1

Fransız dilini yaxşı bildiyi üçün və üstün bacarıqlarına görə ona “Medelenie” kod adı ilə almanların arasına sızma vəzifəsi verildi. O, yenidən alman işğalı altında olan Fransaya gəldi. Noor Khan nasistlərin işğalı sırasında Fransaya gedə bilən ilk qadın idi. Onun vəzifəsi İngiltərə və Fransa üçün kodlanmış mesajları göndərmək idi. O, bu vəzifənin öhdəsindən artıqlaması ilə gəlmişdi. Noor Khan almanların bir çox döyüş strategiyası haqqında Fransa və İngiltərəyə gizli məlumatlar yollamağı bacarmışdı.

khan-7

Lakin bir müddət sonra alman ordusunda Noor Khanın agent olduğu şübhəsi başldı. Komandirləri onun dərhal İngiltərəyə qayıtmasını əmr etsə də o, bu əmrə etiraz etdi. 3 ay boyunca Fransada kimliyini dəyişdirərək gizlənə bildi.

inayat-khan-3 

Lakin o, həmkarı, digər bir agent Emile Henry Garry adlı qadının bacısı tərəfindən xəyanətə uğradı. Almanların əlinə keçən Noor Khan sorğu zamanı çox sərt şəkildə dirəniş göstərdiyi nasistlərə qarşı sonuna qədər susduğu tarixi qeydlərə keçib. Sorğularında ağır işgəncələrə rəğmən almanlara bir xırda məlumat belə, verməyib. Hətta onun saxlanıldığı həbsxanadan bir neçə dəfə qaçmaq cəhdi almanları qorxuya da salmışdı. Onlar onu təhlükəli agent hesab edib, kamerada tək saxlayırdılar.

Almanlar 1944-ci ilin sonlarında Nooru digər agentlər ilə birlikdə “Dachau” düşərgəsinə apardılar. Orada ac-susuz keçən 2-3 aydan sonra hamısını başından güllələyərək, öldürdülər. Tarixdə qeyd olunan rəsmi sənədlərə görə, Noor öldürülərkən belə, azadlıq deyərək qışqırıb.

Onun 2012-ci ildə Londonda heykəli qoyulub. Heykəl bir hindli qadının və ayrıca olaraq Britaniyada bir müsəlmanın ilk heykəli olaraq tarixə keçib.

khan-8-bust

Onun üçün “Spy Princess” adlı film də ərsəyə gətirilib. Bu film izləməyi sevənlər üçün baxmaq tövsiyyə edilir. Noor Khanın həyatı qəhrəmanlıq dolu səhnələrlə canlandırılıb.

Turan Oruc,
Musavat.com

khan-film

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR