Dinləmələrə mərhumun həmkarı, jurnalist, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev məruzəçi qismində dəvət olunub.
Dinləmələrə eyni zamanda E.Hüseynovun həyat yoldaşı, hazırda Norveçdə mühacir statusunda yaşayan Ruşaniyyə Hüseynova da dəvət edilib. Tədbirdə E.Hüseynovun qətli ilə bağlı aparılan istintaqın hazırkı vəziyyəti, indiyə qədər qətlin açılmaması səbəbləri müzakirə ediləcək. Qeyd edək ki, Azərbaycanda ifadə azadlığı üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu öz sıralarında 10 aparıcı beynəlxalq təşkilatı birləşdirir.
İlkin






