İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda Böyük Britaniya-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək

397 17.05.2019 16:06 Ölkə A A

Londonda Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçiriləcək.

ONA-nın London bürosunun verdiyi xəbərə görə, mayın 22-də baş tutacaq iclasa İqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə naziri Corc Hollinqberi sədrlik edəcək. Digər altı azərbaycanlı nazir müavini də 25 nəfərlik heyətlə birlikdə iclasa qatılacaq.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın ilk iclası 2016-cı ilin fevralında, ikinci iclası isə 2017-ci ilin dekabrında keçirilib.

Aytən Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR