İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda bıçaqlı şəxs insanlara hücum edib, ölən və yaralananlar var

868 04.08.2016 04:48 Dünya A A
Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxs bıçaqla bir qrup insana  hücum edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
 
İnsident yerli vaxtla saat 22:30-da qeydə alınıb. Məlumata əsasən, 1 qadın hadisə yerində dünyasını dəyişib, 5 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
 
Cinayətkar polis tərəfindən yaxalanıb. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. Polis insidentin terror aktı olduğunu istisna etmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR