İnsanlara hürriyət, millətlərə istiqlal!

London tarixində ilk - Fəxri qarovulun dəyişməsində dənizçilər də iştirak etdi

791 27.11.2017 00:43 Dünya A A

Londonda Buckingham sarayı önündəki fəxri qarovulun dəyişməsi ənənəsi 357 ildir ki davam edir, lakin Kral Hərbi Dəniz Qüvvələrinin əsgərləri bu mərasimdə ilk dəfədir ki iştirak edib.

 

BBC xəbər verir ki, fəxri qarovulun dəyişməsi ilə əlaqədar keçirilmiş paradda 86 dənizçi iştirak edib. Parad iştirakçıları Kral Hərbi Dəniz Qüvvələrinin 45 gəmisini təmsil edib. Bazar günü səhər saatlarında keçirilmiş mərasimə hərbi dənizçilər bir ay ərzində hazırlıq aparıb.

полковой оркестр

Qarovulun dəyişməsi mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilir



Bu fəxri mərasim, bir qayda olaraq, Kral qvardiya diviziyasına daxil olan beş qvardiya alayından birisi tərəfindən həyata keçirilir. Britaniyada 2017-ci il "hərbi dəniz qüvvələri" ili elan olunduğundan, dənizçilərə Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi mərasimində iştirak etmək imkanı verilib.

 

моряки идут строем

Parad iştirakçıları Kral Hərbi Dəniz Qüvvələrinin 45 gəmisini təmsil edib

 

моряки у казарм Веллингтона

Qeyd edək ki, hərbi dənizçilər eləcə də Londonun St James, Windsor və Tower sarayları önündə də keşik çəkəcək.

 

Туристы в ожидании церемонии


Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi Londona gələn turistlərin diqqətini çəkən tamaşalarından biridir

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR