İnsanlara hürriyət, millətlərə istiqlal!

London metrosunda ispanca danışan qadına hücum olunub

892 15.04.2018 14:01 Dünya A A

London metrosunda ispan dilində danışan qadına hücum edilib.

"Report" xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.

Məlumatda bildirilir ki, 24 yaşlı gəncə iki qadın hücum edib. Qadınlar gəncin saçından tutaraq dartıblar və onu stansiyanın peronuna atıblar.

Gəncin rəfiqələri ilə ispanca danışması qadınların xoşuna gəlməyib. Bu səbəbdən onlar gəncin üstünə qışqıraraq, "İngiltərədə ingiliscə danışmaq lazımdır", - deyə ona irad bildiriblər.

Polis hesab edir ki, hücum hadisəsi irqi düşmənçilik zəminində baş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR