İnsanlara hürriyət, millətlərə istiqlal!

“London Eye”ın qarşısında Bərdə terrorunun qurbanları yad edilib - FOTO FOTO

458 01.11.2020 18:20 Gündəm A A

Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında ermənilərin Bərdə, Gəncə və digər şəhərlərdə törətdiyi terror aktları nəticəsində həlak olan şəxsləri yad edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, anım tədbirində azərbaycanlılarla yanaşı, güney azərbaycanlılar və Britaniya vətəndaşları da iştirak edib.

Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun Gəncə və Bərdədə törətdiyi terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onlar “Paşinyanı durdurun”, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirərək ətrafdan keçənləri ermənilərin törətdikləri təcavüz barəsində məlumatlandırıblar.

Bundan əlavə “Gəncə üçün dua edək”, “Bərdə üçün dua edək” kimi plakatlar da qaldırılıb.

Tədbirin sonunda Azərbaycan himni səsləndirilib.

Apa.az
Aytən Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR