İnsanlara hürriyət, millətlərə istiqlal!

llinoys ştatının qanunverici orqanı bir saatlıq minimum əməkhaqqının 15 dollara çatdırılmasına səs verib

717 16.02.2019 18:00 Dünya A A

İllinoys ştatının qanunverici məclisi 2025-ci ilə qədər bu ştatda bir saatlıq minimum əməkhaqqının 15 dollara çatdırılması barədə qanun layihəsinə səs verib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinin tərəfdarlarından biri olan qubernator C.Pritsker tezliklə bu sənədi imzalayacağını bildirib. O deyib ki, bu qanunun qəbul edilməsi ştatın 1,4 milyon sakininin qələbəsidir. Onlar tezliklə öz halal zəhmətinin haqqını alacaqlar.

Qanun layihəsinə əsasən minimal əməkhaqqının artırılması növbəti 6 il ərzində mərhələlərlə həyata keçiriləcək. Hazırda 8,25 dollara bərabər olan minimum əməkhaqqı 2010-cu il yanvarın 1-də 9,25 dollara, 2020-ci il iyul ayında 10 dollara çatdırılacaq, sonra isə hər il 1 dollar artırılaraq 2025-ci ildə 1 saat üçün 15 dollara bərabər olacaq. İqtisadçıların hesablamalarına görə, minimum əməkhaqqının artırılması nəticəsində İllinoysun işləyən sakinlərinin dörddə bir hissəsinin gəlirlərinə ildə 6300 dollar əlavə ediləcək.

Qanun layihəsinin əleyhdarları isə bildiriblər ki, bu qanunun qüvvəyə minməsi nəticəsində 93 min nəfər iş yerini itirəcək. Onlar hesab edirlər ki, minimum əməkhaqqının artırılması kənd təsərrüfatına və kiçik şəhərlərdəki müəssisələrə ziyan vuracaq, çünki onlar öz məhsullarının qiymətini artıra bilməyəcək, amma işləyənlərə hər il xeyli çox ödəməli olacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR