İnsanlara hürriyət, millətlərə istiqlal!

Liya Bayramova vəzifədən azad olunmasının SƏBƏBİNİ açıqladı: "Elmi fəaliyyətlə bağlıdır"

2520 17.04.2018 17:34 Son xəbər A A

"Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır".

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova deyib.

O, bildirib ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilib.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən mətbuat xidmətinə rəhbərlik edirdi. Rəhbərlik etdiyi müddət ərzində adı çəkilən şöbənin Azərbaycan KİV-i ilə əməkdaşlığın təkminləşdirilməsi üzrə böyük işlər aparılıb, bölgələrin müalicə mərkəzlərinə tanışlıq məqsədi ilə dəfələrlə ziyarətlər, həmçının səhiyyə və bu sahə ilə bağlı bir çox konfrans və hesabat tədbirləri təşkil edib.

L.Bayramova uğurlu fəaliyyətinə görə çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri O.Şirəliyevin qərarı ilə "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR