Liviya milli həmrəylik hökumətinin hərbi hava qüvvələri Liviyanın milli ordusunun lideri, qiyamçı general Xəlifə Haftarın paytaxt Tripolidən 130 km cənub-qərbdə yerləşən “Əl-Vutye” aviabazasındakı mövqelərinə zərbələr endirib.
Avropa.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. “Əl-Vutye” general Haftarın nəzarətində olan yeganə aviabazadır.
Xatırladaq ki, 4 apreldə general Haftar əmrində olan qoşunlara paytaxt Tripoli üzərinə hücuma keçmək əmri vermişdi. Qoşunlara paytaxta əsasən cənub istiqamətdən hücuma keçiblər. Tripolidə yerləşən milli həmrəylik hökumətinin başçısı Faiz Saracın qoşunları ilə Haftar arasında qızğın döyüşlər gedir.






