Noyabrın 6-da UEFA Çempionlar Liqasının 4-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyunlarında gözlənilməz hesablar qeydə alınıb. Sensasiyalardan biri Çexiyada baş tutub. Turnirin son finalçısı “Liverpul” səfərdə “Viktoriya Plzen”in qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra C qrupunda dörd xal toplayan Çexiya təmsilçisi PSG klubu ilə üçüncü və dördüncü yerləri bölüşürlər. "Liverpul" isə altı xalla birinci yerdədir.
Qrupun digər oyununda "Napoli" (İtaliya) doğma meydanda Fransanın PSG klubunu qəbul edəcək.
A qrupunda yer alan "Monako" (Fransa) doğma meydanda Belçikanın “Brügge” klubuna 4:0 hesabı ilə məğlub olub.






