İnsanlara hürriyət, millətlərə istiqlal!

“Liverpul” əzmkar qələbə qazanıb, “Arsenal” 1 xalla kifayətlənib

476 28.10.2019 02:52 İdman A A

İngiltərə Premyer Liqasında X tura yekun vurulub.

APA-nın məlumatına görə, son oyun günündə 4 matç keçirilib.

“Nyukasl” – “Vulverhempton” görüşündə komandalar hərəyə bir qol vuraraq 1 xal qazanıblar. Çempionatın lideri “Liverpul” mövsümə uğursuz start verən “Tottenhem” üzərində əzmkar qələbə qazanıb.

“Mançester Yunayted” səfərdə “Norviç”dən güclü olub. Turnir cədvəlindəki qonşular “Arsenal”la “Kristal Pelas”ın dueli isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 2-3-də keçiriləcək.

İngiltərə Premyer Liqası
X tur
27 oktyabr
“Nyukasl” – “Vulverhempton” – 1:1
Laskelles, 37 – Otto, 73
“Arsenal” – “Kristal Pelas” – 2:2
Sokratis, 7, David Luiz, 9 – Milivoyeviç, 32 (pen.), Ayyu, 52
“Liverpul” – “Tottenhem” – 2:1
Henderson, 52, Salah, 75 (pen.) – Keyn, 1
“Norviç” – “Mançester Yunayted” – 1:3
Ernandes, 88 - Maktominay, 21, Reşford, 30, Marsial, 73

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR