"Liverpul" futbol klubu İngiltərə Çempionatının 26-cı turu çərçivəsində "Bornmut" üzərində böyük hesablı qələbə qazanıb.
Trend-in məlumatına görə, "Enfild" stadionunda keçirilən oyun 3:0 hesabı ilə yekunlaşıb. Qolları Sadio Mane (24-cü dəqiqə), Corcinyo Veynaldum (34) və Məhəmməd Salah (48) vurub.
"Bornmut" 33 xalla 11-ci yerdə qərarlaşıb.






