İnsanlara hürriyət, millətlərə istiqlal!

Livanda yanacaq tankerinin partlaması nəticəsində azı 20 nəfər ölüb

195 15.08.2021 15:31 Son xəbər A A

Livanın Akkar bölgəsində yanacaq tankerinin partlaması nəticəsində azı 20 nəfər ölüb, 79 yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Livan Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Məlumatda bildirilib ki, Tleyil adlanan qəsəbədə təcili tibbi yardım avtomobilləri 79 yaralını yaxınlıqdakı xəstəxanalara çatdırıb, 20 cəsəd isə morqa aparılıb.

Növbəti insidentdən sonra Livanın keçmiş Baş naziri Saad Həriri ölkə Prezidenti Mişel Aunu istefa verməyə çağırıb. O bildirib ki, ötən ilin avqustunda Beyrutda baş verən dəhşətli partlayışdan sonra Livan idarəolunmaz vəziyyətə düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR