İnsanlara hürriyət, millətlərə istiqlal!

Livan hərbçiləri oğurlanmış 27 suriyalını girovluqdan xilas ediblər

690 29.11.2018 06:43 Son xəbər A A

Livan ordusunun bölmələri Bekaa vadisinin qərbində əməliyyat keçiriblər.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Bildirilir ki, əməliyyat nəticəsində Suriyanın oğurlanmış 20-dən çox vətəndaşı azad edilib. Məlumata görə, Baalyul qəsəbəsində - qərbi Bekaadakı fermada girovların olması barədə kəşfiyyat məlumatları alan ordu qüvvələri reyd keçiriblər. Reyd zamanı Suriyanın 27 vərəndaşı azad edilib.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, əməliyyat zamanı insanları oğurlayan 3 Livan vətəndaşı saxlanılıb. Onlar pul əldə etmək məqsədilə suriyalıları oğurlayıblar. Cinayətkarlarda odlu silah və döyüş sursatları aşkarlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR