İnsanlara hürriyət, millətlərə istiqlal!

LİTVALI JURNALİST GÖZLƏRİ ÇIXARILMIŞ, QULAQLARI KƏSİLMİŞ XOCALI UŞAQLARININ ŞƏKİLLƏRİNİ ÇƏKİBMİŞ

1617 26.02.2010 05:14 Gündəm A A
İmantas Melyanas keçmiş SSRİ məkanındakı münaqişələrin süni şəkildə yaradıldığını bildirib. Onun fikrincə, Litva Seymi də Xocalı faciəsi və Azərbaycan ərazilərinn işğalı ilə bağlı sənəd qəbul etməlidir.
Jurnalist Riçardas Lapaytis Xocalı soyqırımı zamanı Azərbaycanda olub. Hadisənin şahidləri ilə görüşüb və soyqırıma məruz qalan insanların şəkillərini çəkib. “1992-ci ildə mən Xocalıda gözləri çıxarılmış, qulaqları kəsilmiş uşaqların şəkillərini mediada dərc etdirə bilmirdim. Media bu şəkilləri dərc etməkdən belə qorxurdu. Amma o zaman Xocalı soyqırımı ilə bağlı yazımın və şəkillərimin bir hissəsini dərc etdirə bildim. Mən Laçında olmuşam, tibb bacısı Gültəkin Əsgərovanın qrantamyotla vurulmuş cəsədinin qalıqlarını yığmaqda insanlara kömək etmişəm”, - deyə jurnalist xatirələrini danışıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR