İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva XİN-in başçısı: Aİ Türkiyəyə qarşı sanksiya tətbiq etməməlidir

1117 28.04.2017 23:22 Dünya A A

Avropa İttifaqı insan haqlarının pozulmasına görə Türkiyəyə təzyiq göstərməməli və ya sanksiya tətbiq etməməlidir, çünki Türkiyə Aİ-nin tərəfdaşı və NATO-nun üzvüdür. Bunu Litva XİN-in başçısı Linas Linkyaviçyus aprelin 28-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Maltanın paytaxtı Vallettada keçirilən qeyri-rəsmi görüşünə qatılarkən bəyan edib. Onun çıxışını Aİ Şurasının mətbuat xidməti yayımlayıb.

Nazir deyib: “Mən təzyiqi və ya hər hansı sanksiyanı dəstəkləmirəm. Bu praqmatik deyil. Biz Türkiyə ilə qarşılıqlı fəaliyyətimizi davam etdirməliyik, çünki o, bizim vacib tərəfdaşımız və NATO-nun üzvüdür”. (Azərtac)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR