İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva prezidentinin səfəri təyyarə nasazlığı ucbatından baş tutmadı

652 19.11.2018 01:10 Dünya A A

Litva prezidenti Dalya Qribauskayte təyyarə nasazlığı ucbatından Latviyaya səfərini gerçəkləşdirə bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Litva prezidentinin saytında yer alıb.

Bildirilir ki, Litva nümayəndə heyəti Latviya müstəqilliyinin 100 illiyi münasibəti ilə keçirilən tədbirə qatılmalı idi. Nümayəndə heyəti üzvləri Vilnüs hava limanına gələndə, onlara “Spartan” təyyarəsinin havaya qalxa bilməyəcəyi haqda məlumat verilib.

Nəticədə Qribauskayte Latviya vətəndaşlarına təbrik müraciətinin videosunu aeroportda yazdırmalı olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR