İnsanlara hürriyət, millətlərə istiqlal!

Lionel Messi: "Karyeramda yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm"

1066 14.11.2019 10:25 İdman A A

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi karyerasında yalnız bir dəfə rəqibdən forma istəyib.

"Report"un məlumatına görə, bu barədə 32 yaşlı hücumçunun özü "TyC Sports"a açıqlamasında bildirib. Argentinalı forvard həmin şəxsin hazırda "Real Madrid"in baş məşqçisi vəzifəsində çalışan Zinəddin Zidan olduğunu söyləyib: Mən digər oyunçulardan futbolka istəmir, adətən, onlarla dəyişdirirəm. Amma bir dəfə Zidandan forma xahiş etmişəm. Ümumiyyətlə, rəqib komandalarda argentinalı oynayırsa, onlarla formamı dəyişdirirəm. Kimsə məndən xahiş etməsə, özüm heç kimə belə bir istəklə yaxınlaşmıram".

Qeyd edək ki, bu mövsüm Lionel Messi klub səviyyəsində 11 oyunda 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun 2004-cü ildən çıxış etdiyi "Barselona" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR