İnsanlara hürriyət, millətlərə istiqlal!

LGBT “dəyərləri” demokratiya göstəricisidirmi – SƏRT REAKSİYALAR

849 27.06.2022 16:13 Gündəm A A

Fərəc Quliyev: “Bu məsələnin demokratiyaya, insan haqlarına heç bir aidiyyəti yoxdur”

Tural Abbaslı: “Bu nəinki insan haqlarına, təbiətə, yaradılışa, hər şeyə ziddir”

Aydın Xan Əbilov: “Onsuz da bu təsir əvvəl-axır bizi öz ağuşuna alacaq, ona görə də... “

Ötən şənbə günü dünya çapında LGBT göstəriləri yer aldı. Qərb ölkələrinin əksəriyyətində LGBT paradları keçirildi və bunlar informasiya məkanlarının əsas xəbərləri sırasında oldu. Görünən budur ki, seksual azlıqlar dünya çağında böyük irəliləmə qeyd ediblər və onlar getdikcə daha çox leqallaşırlar. LGBT “əxlaqı” və ‘’dəyərləri’’ artıq insan haqlarının və demokratiya əmsalının əsas göstəricilərindən sayılırlar. Bir sıra ölkələrdə LGBT üzvləri nazir, bələdiyyə sədri, deputat seçilir, bütün dünyaya bu dəyərlərin normal və dözülməli olduğunu aşılayırlar.

LGBT insan haqqıdırmı, demokratiya ölçüsüdürmü və konkret halda, bizim kimi müsəlman ölkələri də bu ‘’dəyərlərə’’ əməl etməyə, onlara dözümlü yanaşmağa borcluyuqmu?

Kişinin kişi ilə, qadının qadınla ailə qurmasını, nikah bağlamasını leqallaşdıran bu ‘’dəyərlər’’ hələ ki, Türkiyə dövləti və cəmiyyəti tərəfindən müqavimətlə qarşılanır. Onların Azərbaycanda da xüsusi statusları yoxdur. Lakin bu müqavimətin qırılma təhlükəsi vardır. Çünki həm Türkiyədə, həm də Azərbaycanda LGBT -yə normal baxan, bu ‘’dəyərləri’’ leqallaşdırmağa hazır olan siyasi partiyalar, cərəyanlar vardır. Azərbaycanda Avropa Liberal İttifaqına üzv olan və bununla da LGBT ‘’dəyərlərini’’ qəbul etmiş müxalif partiya var və bu təşkilat ölkə daxilində guya milli dəyərlərə istinad edir; lakin Liberal İttifaq qarşısında xüsusi öhdəçiliyi vardır. Bu öhdəçilik, hakimiyyətə gələcəyi təqdirdə LGBT prinsiplərinə riayət edəcəyini özündə ehtiva edir...

Fərəc Quliyev: “İstiqlalçı deputatlara dövlət qayğısı artmalıdır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Azərbaycan dəfələrlə işğala məruz qalıb. Ən sonda da SSRİ adlı imperiyanın işğalına məruz qalmışdı. SSRİ adlı imperiya bütün vasitələr ilə millət və dövlət olaraq sıradan çıxmağımız üçün əlindən gələni edib. Təkcə 1930-cu illərdə yüz minlərlə insanlarmız, ziyalılarımız sürgün olunub, güllələnib. Məqsəd millətimizi öz kökündən, keçmişindən qoparmaq idi. Bizim adət-ənənlərimizin üstündən xətt çəkmək üçün bayramlarımız qadağan olunurdu, məsələn, Novruz bayramımız. Həmçinin dinimizə qarşı böyük yürüş var idi, məscidlərimizin hamısı sıradan çıxarılmışdı, anbar və digər məqsədlərlə istifadə olunan məkanlara çevirmişdilər. Bir sözlə, bütün adət-ənənəmizi bitirmək və gəlmə adət-ənənəni bizə yeritmək üçün əllərindən gələni edirdilər.

Lakin biz bu hücumların təsirindən sağlam çıxa bildik, mühafizəkar davrandıq, keçmiş adət-ənənəmizi, ailə mədəniyyətimiz qoruduq. Əlbəttə ki, bütün bunlar min illər boyu təbii şəkildə formalaşan bir amildir.

İndi də düşmnələrimiz milli mentalitetimizə, mədəniyyətimizə hücum etməyə, “qafaları yumağa” müəyyən sektalar, təşkilatları formalaşdırmağa çalışırlar. Xatılayırsınızsa, müharibədən öncə gənclərimizə daha çox döyüşdən yayınmaq üçün müəyyən formada təsirlər edir, dırnaqarası tolerantlılıq, dözümlülük təbliğ edirdilər. İşğal altında ola-ola işğal edən dövlətə gediş-gəlişin olması, yaxşı münasibət qurulsun deyə nələrsə etməyə çalışırdılar. Lakin Azərbaycan insanın qanında, genetik yaddaşında olan həmin o mühafizəkarlıq, torpağına, vətəninə bağlılıq, məğlubiyyətlə barışmamazlıq sonda qələbəmizə gətirib çıxardı.

Beləliklə, indi də bu mexanizm ilə Azərbaycana, Türkiyəyə, ümumiyyətlə türk dünyasına təsir etməyə, onu yıxmağa çalışırlar.

Hətta ABŞ-da Obama son dönəmdə bir sərəncam vermişdi, “yad fərdlərin və mədəniyyətinin Amerika cəmiyyətinə təsirinin qarşısının alınması ilə bağlı”. Bu onun son sərəncamı idi. Obama deyirdi ki “miqrantlar ölkəmizə gəlməsin, gələndə bizə yad mədəniyyət gətirilir və bu Amerika mədəniyyətini dağıdır”.

Hər bir millət, dövlət özünü başqa mədəniyyətlərdən məhz bu cür qoruyur. Məlum məsələdir ki, kimsə siqaret çəkir, amma onun ictimai yerdə siqaretdən istifadəsi qadağandır. Çünki fərd siqaret çəkməklə özünə ziyan verə bilər, amma cəmiyyətə ziyan vura bilməz. Bu məsələdə də belədir, kimsə başqa bir fərqli xətt, LGBT xətti tutubsa, 5-10 nəfərin istəyinə görə cəmiyyət ona adaptatsiya oluna bilməz. Bu insanlar Azərbaycan mentalitetinə, qayda-qanunlarına uyğunlaşmalıdır. Yox əgər istəmirlərsə, bu qaydaları yaradan toplum və yaxud dövlətlərdə gedib yaşaya bilərlər.

Qeyd edim ki, bizim bu məsələyə müqavimətimiz kifayət qədərdir və bundan sonra da olmalıdır. Biz heç nəyin müqabilində bunu qəbul edə bilmərik. Xatırlayıram ki, parlamentə bu cür cəhdlər olmuşdu, bizə müəyyən qanunlar göndərilmişdi, amma biz müzakirələrdə həmin qanunların əleyhinə çıxmışdıq. Çünki başa düşürdük ki, bu dövləti, milləti sarsıtmaq üsullarından biridir. Bu məsələnin demokratiyaya, insan haqlarına heç bir aidiyyəti yoxdur. Xalqımız da bu cür şeyləri qəbul etməz.

Hesab edirəm ki, Türkiyədə də bu məsələyə müqavimət qırıla bilməz. Çünki orda da ciddi-cəhdlə müqavimət göstəriləcək və göstərilməlidir də”.

Tural Abbaslı bu rayonun icra başçısını ifşa etdi: Şəhid anasını 3 saat  qapısında gözlədib və... – VİDEO

AĞ Partiya sədri Tural Abbaslı da qeyd etdi ki, LGBT məsələsinin insan haqlarına aidiyyəti yoxdur:

“Ümumiyyətlə, hər şeyə “insan haqqıdır” deyib, hər yerdə onu təbliğ etmək doğru deyil. Bu nəinki insan haqlarına, təbiətə, yaradılışa, hər şeyə ziddir. Bunun tək məqsədi dövlətlərin milli mənəviyyatını sıradan çıxarıb, kosmopolit dəyərlər təqdim etmək, nəticədə indiki dünyanın monoton bir formaya salıb, daha rahat idarə etməkdir.

Azərbaycan xalqı həm dini, həm mənəvi dəyərlərinə hörmət edən və bu dəyərlərlə yaşayan inkişaf edən bir ölkədir. Ona görə də belə bir dəyərlərin Azərbaycanda təbliği mümkün deyil. Avropa İttifaqı olmur kim olursa olsun, heç bir dövlətdən, qurumdan bununla bağlı öhdəlik götürməməli, bu istiqamətdə hansısa qanun qərar qəbul etməməliyik.

Utanmaz-utanmaz adını “qürur ayı” deyə uydurublar. Bizim qürur ayımız 44 günlük müharibə, 28 May, 18 oktyabr və sairə bu kimi tarixlərdir.

Bir sözlə, insanlığa, bəşəriyyətə zidd olan dəyərlərin təbliğatının yayılmasının əleyhinəyik. Dövlətin də bu istiqamətdə hər hansı addımlar atmasının tərəfdarı deyilik”.

“Təkcə məni söymürlər ki?” – Aydın Xan qalmaqallı açıqlamasından danışdı  Yeni Sabah

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov isə məsələyə bu cür yanaşdı:

“21-ci əsr özü ilə yeni yaşam tərzi, diktələr, yeni fəlsəfə və həyati həqiqətləri gətirdi. Biz istəsək də, istəməsək də, nə qədər mühafizəkar, müsəlman toplum olsaq da dünyada baş verən proseslər bu və digər dərəcədə Azərbaycanda da öz təsirini göstərəcək. Bu təsir müsbət və mənfi yöndə ola bilər, həmçinin bu təsirlə razılaşa və yaxud razılaşmaya, müqavimət göstərə bilərik. Lakin unutmayaq ki, bu təsir əvvəl-axır bizi öz axuşuna alacaq.

Nə qədər ağrılı olsa da bu proses 20-ci əsrin ortalarından başlayaraq, bütün dünyada baş verdi. Bir çox cinsi azlıqların bu və digər dərəcədə öz həyatları və azadlıqları uğrunda apardıqları mübarizlər dünyanın bütövlükdə siyasi sistemini dəyişdi. Həmçinin bu mübarizə Amerika, Fransa, Avropa cəmiyyətində yeni dəyişikliklərə aparıb çıxardı. Doğrudur, onlara qarşı xüsusi mübarizələr, anti-hərəkatlar oldu, lakin təsir göstərə bilmədi.

Beləliklə, əgər biz dünyanın, bir hissəsiyiksə, Avropa dəyərlərini, insan hüquqlarını qəbul ediriksə, o cümlədən də Avropa və dünya insan hüquqlarının bir hissəsi sayılan eynicinsli münasibətlərdəki liberal dəyərləri, baxışları da sayğı ilə qarşılamağı bacarmalıyıq.

İndi Azərbaycanda çox qəribə hadisələr baş verir. Biz bir tərəfdən Avropa dəyərlərini, demokratiyanı təbliğ edir, liberal dəyərləri qəbul edirik, amma həyat, məişət səviyyəsində bu liberal dəyərləri rədd edir, onu qəbul etmək istəmirik. Bu nə qədər düzgün və qəbul olunandır? Bu əlbəttə ki, absurd münasibətdir. Buna görə də indi yeni nəslin istedadlı nümayəndələri Azərbaycanı tərk edir, nəticədə sürətlə böyük beyin axını yaranır”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR