İnsanlara hürriyət, millətlərə istiqlal!

"Leylanı tutdurdum, səni də narkotiklə tutduraram" - sabiq polis rəisinin arvadının işi

2980 26.10.2016 12:51 Kriminal A A
Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadı olmuş Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə bir nəfər şahid dindirilib.

Musavat.com xəbər verir ki, prosesdə şahid Ramin Ağayev ifadə verib. Saxta sənədlər hazırlamaqla vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən L.Əkbərova məhz həmin sənədləri internet klubda düzəltdirirmiş. Ramin Ağayev də həmin internet klubun işçisi olub. Şahidin məhkəmədə elan olunan istintaqa verdiyi ifadəsindən məlum olub ki, hazırlanan sənədlərə L.Əkbərova şəxsən özü başqalarının adından imza çəkirmiş. Saxta sənədlərin hazırlanmasında iştirak edən Ramin Ağayev deyib ki, kompüter proqramçısı və foto dizayner kimi 2014-cü ilin sentyabr ayında Xətai rayonu G.Şıxlinski küçəsi 15 ünvanda yerləşən fotoatelyedə çalışıb. 

R.Ağayev ifadəsində həmin ərəfədə Rəşad və Elşən adlı əvvəllər tanımadığı şəxslərin gələrək ona vərəqlərin arasında bir neçə sənəd verdiyini, içərisində dəyişiklik etmək lazım olduğunu deyiblər. O, bunun qanunsuz olduğunu deyərək əvvəlcə bu təklifdən imtina etdiyini, sonradan Leyla Əkbərovanın atelyeyə gələrək özünü direktor kimi təqdim etdiyini və ərinin də polis olduğunu söylədiyini deyib. R.Ağayev bundan ehtiyat edərək 10 manat qarşılığında təkliflə razılaşdığını söyləyib. Maraqlı olan isə L.Əkbərovanın törətdiyi əməli ağırlaşdıran hal kimi Cinayət Məcəlləsinin 61.1.3-ci maddəsi göstərilir. Belə məlum olur ki, L.Əkbərova qabaqcadan bir qrup şəxslə əlbir olaraq bu əməli törədib.

Prokuror ondan Məmmədov Mirməmmədin adına təqaüd vəsiqəsi düzəldib-düzəltmədiyini soruşub. Təqsirləndirilən şəxs bu əməli törətmədiyini deyib. O da məlum olub ki, L.Əkbərovanın saxta sənədlə təqaüd düzəltmək istədiyi şəxs zərərçəkmiş Anarə Məmmədovanın atasıdır.

Məhkəməd İ.Əliyeva da ifadə verib. O, şahid kimi ifadə versə də həm də zərərçəkmiş olduğunu deyib. 

Təqsirləndirilən şəxsə 12 min manat verdiyini deyən zərərçəkmiş pulunu istədiyi zaman sabiq polis rəisi Mahir Əkbərov tərəfindən hədələndiyini deyib: "Dedi ki, arvadımı tutdurmuşam. Səni də oğlunu da tutduraram. Oğlumun cibinə narkotik atdıracağını dedi. Mən də bu günə qədər qorxub, susdum. Artıq borcun içində batıram. Uşağım günlərlə ac qalır".

Leyla Əkbərova şahiddən pulu borc kimi aldığını deyib. Hakim bildirib ki, Mahir Əkbərovun şahidə dediyi təhdidlər protokola qeyd edilib.

Növbəti məhkəmə prosesi noyabrın 3-nə təyin edilib.
 
Qeyd edək ki, məhkəmədə zərərçəkən kimi tanınan bir neçə nəfər ifadə verib. Onlar Anarə vasitəsi ilə pulları Leyla Əkbərovaya çatdırdıqlarını bildiriblər. Bu işdə Anarə Məmmədovanın özü də zərərçəkən kimi tanınır. O, ərinə ikinci təhsil diplomu almaq, FHN-ə işə düzəltmək üçün Leyla Əkbərova və onun ərinə ümumilikdə 110 min manata yaxın pul veriblər.  

Dələduzluqda təqsirləndirilən L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadı olub. M.Əkbərov L.Əkbərova həbs ediləndən sonra ondan boşanıb.

Qeyd edək ki, sabiq rəisin özü də dələduzluqda ittiham olunur. Hazırda L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Adı dələduzluqda hallanan keçmiş polis rəisi Mahir Əkbərov daxili işlər naziri Ramil Usubov tərəfindən polis orqanlarından xaric edilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR