İnsan Hüquqları və Holokost qurbanları xatirəsinə ehtiram borcu üzrə məsul səfir Fransua Zimerenin Azərbaycana səfəri münasibətilə Fransa səfiri Paskal Möniü xə xanımı Sülh və Demokratiya İnstitutunun Direktoru Leyla Yunusa Şərəf Legionu Kavaleri ordeninin təqdim etməsi ilə bağlı Fransa səfirinin iqamətgahında rəsmi qəbil oldu. Qəbulda səfir Paskal Mönie və Fransua Zimere bu gün münasibəti ilə öz fikirlərini ziyafətə gələn qonaqlarla bölüşdü. Səfir P. Mönie bildirdi ki, mən xanım Leyla Yunusu ilk dəfə gəlişimdən az sonra görmüşdüm və o, məni çox heyrətləndirmişdi. O, ancaq insan hüquqları uğrunda mübarizə aparmır, həm də qadın hüquqlarının Azərbaycanda qurulması üzrə də çox işlər görür. Həmçinin Azərbaycan və Ermənistan xalqlarının barışması üçün də öz tövhəsini verir.
Fransua Zimere: “Bu gün bu ziyafətdə iştirak etmək mənim üçün şərəfdir. Mən cənab səfirə təşəkkür edirəm ki, mənə həm imtiyaz, həm də şərəf vermişdir ki, xanım Leyla Yunusa Fransa fəxri Legioner ordenini təqdim edim. Bəzən insan hüquqları uğrunda öz azadlıqlarını, hətta öz həyatlarını belə təhlükəyə atan şəxslər var ki,bu insanları insan hüquqları müdafiəçiləri adlandırırlar. Xanım Leyla Yunusla tanış olmaq şəxsən mənə şərəfdir , çünki onun bütün həyatı fundamental hüquqların qorunub saxlanılmasına həsr edilmişdir. Uşaqlığından bəri onun ailəsi və babası faciə ilə üz-üzə olub. Babasının 3 qardaşı həlak olmuşdur. Babasının iki qardaşı güllələnmiş, biri isə deportasiya düşərgəsində həlak olmuşdur. Bu da çox vacib bir məlumatdır. Düşünürəm ki, məhz belə ailədə sizin həyata baxışlarınız formalaşıb. 25 yaşında siz universitetdə qadağan edilən jurnalizim fəaliyyəti ilə məşğul olmusunuz. Siz həmçinin Baltika yolunda da iştirak etmisiniz”.
Sonda cənab Zimere vurğuladı ki, yalnız azad insanlar, azad ölkə qura bilirlər.
Sülh və Demokratiya İnstutunun Direktoru Leyla Yunus: “Bu gündə iştirak etmək mənim üçün böyük şərəfdir. Mənə bu Şərəf Legionu Kavaleri ordeninin verilməsi üçün Fransa prezidenti cənab Fransua Olanda dərin təşəkkürümü bildirirəm. Bu tək mənim mübarizə arzuma dəstək deyil, bu Azərbaycanda vətəndaş cəmiyyəti üçün də böyük dəstəkdir. 25 il əvvəl biz müstəqil Azərbaycan qurmaq üçün Sovet həbsxanalarına qarşı mübarizə aparırdıq. Baxmayaraq ki, Sovet həbsxanası bu gün mövcud deyil, ancaq biz hələ də demokratik Azərbaycan Respublikası yaratmamışıq. 1993-cü ildə bütün gücün KQB generalı Heydər Əliyevin əlinə neçə keçdiyini söyləməyə kifayət qədər vaxtım və gücüm var. Artıq dövr gənclərindir. Mənim üçün hazırda insanlara qarşı edilən repressiyaları görmək çox çətindir. Eyni zamanda, mən o insanların cəsarətini görəndə onlarla fəxr edirəm”
Daha sonra Leyla xanım hakimiyyətin təzyiqlərinə məruz qalmış gəncləri, siyasi məhbusları Fransa səfirinə təqdim etdi- Nərgiz Yaqublu-onun atası və bacısı həbsdədir, ancaq o yenə də mübarizə aparır. Digər siysi məhbuslar Tural Abbaslı, Əhəd Məmmədli, Dəyanət Babyev, Turqut Qəmbər, Aygün Pəncəliyeva, Anabəyim Həsənli, Əbülfəz Qurbanlı. Eyni zamanda NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərakatının sədri İlqar Məmmədovun da adlarını sadaladı. Jurnalistlərin, hüquq müdafiəçilərinin və s. həsblərə məruz qaldıqıarını vurğuladı.
Nərgiz Yaqublu






