Leyla Yunus NATO-nun seminarında siyasi məhbuslar sərgisi açdı
“Four Season” hotelində NATO Parlament Assambleyasının “Cənubi Qafqaz:çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Routh” seminarında sensasiya doğuracaq olay baş verib. Repressiyalara Qarşı Müqavimət Mərkəzinin sədri Leyla Yunus Meydan TV-yə deyib ki, fasilə zamanı siyasi və vicdan məhbuslarının şəkilləri olan plakatları iştirakçılara təqdim edib. O, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayan Azərbaycanda repressiyalar nəticəsində gənc fəalların, siyasətçilərin, jurnalistlərin, vəkillərin, hüquq müdafiəçilərinin azadlıqdan məhrum olunduğunu bildirib: Azərbaycanda 130-dan çox siyasi məhbus var, onların da 40 nəfəri vicdan məhbusdur”.
Qonaqlar arasında ABŞ-nin Bakıdakı sabiq səfiri Mətyu Brayza Leyla Yunusun “Mövcud vəziyyətdən utanmalısınız” sözlərinə susmaqla cavab verib.






