İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Əliyevanın təşəbbüsü ilə RAGB könüllüləri uşaqlar üçün Yeni il aksiyası təşkil ediblər - FOTO

428 07.01.2020 19:39 Son xəbər A A

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada, Qorki adına parkda uşaqlar üçün "AMORKIDS" adlı ənənəvi Yeni il aksiyası təşkil edilib.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, parka gələnləri Şaxta Baba qarşılayıb.

O, qonaqlara əsl Yeni il şənliyi təşkil edib və onlara hədiyyələr bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər, çalıb oynayıblar, mahnı və şeir oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR