İnsanlara hürriyət, millətlərə istiqlal!

Lex Valensadan gözlənilməz çıxış: “Biz Rusiya ilə razılğa gəlməliyik”

2235 01.03.2020 01:35 Dünya A A

Polşanın keçmiş prezidenti, ölkənin sovet əsarətindən qurtulmsında müstəsna xidmətləri olan Lex Valensa Qərbin Rusiya ilə razılığa gəlməli olduğunu deyib.

Maraqlıdır ki, Lex Valensa bununla bağlı fikirlərini Ruisyanın qara təbliğat maşını sayılan “Russia Today” kanalında bölüşüb.

Onun sözlərinə görə, “sərhədlərin bölünməsi dövrü” artıq keçib və yerini artıq tamamilə başqa qərarlar alınmasını tələb edən müzakirələr mərhələsinə buraxıb.

“Bizə bunun üçün Rusiya ilə razılıq əldə etmək lazımdır. Bu mərhələni onunla başa çatdırmalıyıq”,-deyə Polşanın keçmiş lideri bildirib.

Onun sözlərinə görə, rəsmi Moksva və Varşava arasında münaqişənin düzəlməsi bütün Qərbi və ABŞ-ı titrədə bilər. 

L.Valensa adı çəkilən dövlətləri Polşa və Rusiya arasındakı uçurumdan öz mənafeləri naminə istifadə etməkdə suçlayıb.

Qeyd olunur ki, bundan öncə Lex Valensa Polşa Xarici işlər naziri Pavel Yablonskinin “İkinci dünya müharibəsində vurulan ziyana görə təzminat almaqla bağlı şərtsiz hüquqa malik olması” sözlərini ələ salıb. 

“Bu mənim gənclik illərimi yenidən geri qaytarmaq tələbinə bənzəyir”,-deyə keçmiş prezident söyləyərək hazırkı iqitdarı Moskva ilə dialoqa səsləyib. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR