İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lester” və “Çelsi” uduzub

780 02.07.2020 05:34 İdman A A

İngiltərə Premyer Liqasında XXXII tur davam edir.

Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 4 matç keçirilib.

Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparan “Lester” və “Çelsi” xal itkisi ilə üzləşib. Sonuncular “Vest Hem”lə görüşdə, “tülkülər” isə “Everton”la dueldə xalsız qalıb.

Digər iki görüşdə darmadağın qeydə alınıb. “Arsenal” “Norviç”i, “Nyukasl” “Bornmut”u böyük hesabla yenib.

Qeyd edək ki, tura iyulun 2-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXXII tur
1 iyul
“Arsenal” – “Norviç” – 4:0
Obameyanq, 33, 67, Caka, 37, Soares, 81
“Bornmut” – “Nyukasl” – 1:4
Qoslinq, 90 – Qayl, 5, Lonqstaff, 30, Almiron, 57, Lazaro, 77
“Everton” – “Lester” – 2:1
Riçarilson, 10, Sirurdsson, 16 (pen.) – İheanaço, 51
“Vest Hem” – “Çelsi” – 3:2
Souçek, 45, Antonio, 51, Yarmolenko, 89 - Villian, 42 (pen.), 72

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR