İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə heyvanlar arasında xəstəlik yayılıb, tələfat var -VİDEO

524 28.08.2019 12:03 Ölkə A A

Lerik rayonunun Zeynəko kəndində heyvanlar arasında xəstəlik yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, yoluxucu xəstəlik nəticəsində mal-qarada ölüm halları da müşahidə edilir.

Kənd sakini Pərviz Titayevin sözlərinə görə, son iki gün ərzində ona məxsus 1500 manat dəyərində olan bir inəyi ölüb, digər 4 heyvan da xəstəliyə yoluxub. Bu xəstəlik kənddə bir çox təsərrüfatda yayılıb.

Xəstə heyvanlara Lerik rayon Baytarlıq İdarəsinin həkimləri baş çəkib. Müəyyən edilib ki, mal-qara arasında yayılan xəstəliyin adı teyleriozdur. Bu qan-parazitar xəstəliyə əsasən yüksək temperaturlu və quraqlıq ərazilərdə rast gəlinir. Teylerioza yoluxmanın birinci piki yaz aylarında, ikinci piki yay aylarında olur, nadir hallarda isə qış aylarında müşahidə edilir.

İribuynuzlu heyvanlar arasında yayılan bu xəstəlik yoluxucu xəstəlik olduğu üçün təsərrüfat sahibləri digər sağlam heyvanların da xəstəliyə yoluxa biləcəyindən narahatdır.

Lerik rayon Baytarlıq İdarəsindən bildirilib ki, xəstəliyin qarşısını almaq üçün idarənin həkimləri vəziyyəti nəzarətə götürüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR