İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə əmisi oğlunun avtomobilini qaçıran şəxs saxlanılıb - FOTO

816 29.07.2019 13:30 Ölkə A A

Lerik rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb. Belə ki, rayon sakini Ramin Şahiyev Lerik Polis Şöbəsinə məlumat verərək bildirib ki, mülkiyyətində olan 43 BB 745 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil naməlum şəxs tərəfindən evinin həyətindən oğurlanıb.

Bu barədə DİN-nin mətbuat xidmətindən Musavat.com-a məlumat verilib.

Şöbə əməkdaşları tərəfində həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin avtomobil sahibinin əmisi oğlu əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə Qaradağ rayonunda saxlanılıb

Saxlanılan şəxs qaçırdığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi ilə qəza da törədib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR