İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" həbs edildi  FOTO

1273 27.02.2023 12:17 Kriminal A A

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com "Unikal"a istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib.

Qeyd edək ki, prokuror Rəşad İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

R.İsmayılov "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər "BMW X5" markalı avtomobildə "TT" markalı tapança və "Kalaşnikov" avtomatından güllələniblər.

3.jpg (106 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR