İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

735 21.11.2017 15:35 Son xəbər A A

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədovdur. Yanıq xəsarəti alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ç. Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. Onlar reanimasiya şöbəsindədirlər.

Qeyd edək ki, yanacaq dolduran boruda sızma baş verib, bu zaman yanğın olub.

***

15.06

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.

Yanğın lokallaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR