İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda ötən gün qəzada ölən şəxsin qaynı qəzaya düşüb, vəziyyəti ağırdır

763 01.06.2017 11:11 Son xəbər A A

 Lənkəranda avtomobil qəzası olub, sürücü komaya düşüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, KİA markalı 10 MH 880 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən 30 yaşlı Sədaqətov Nicat Məmmədaza oğlu avtomaşının idarəetməsini itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olan N.Sədaqətov reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, N.Sədaqətov dünən gecə Gərmətük qəsəbəsi ərazisində velosiped sürərkən avtomobillə vurulan, sonradan xəstəxanada dünyasını dəyişən Zamin Xəlilovun qaynıdır. O, mərhumun Rusiyadan mərasimə gələn qardaşını qarşılamaq üçün gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR