İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda FACİƏ - Qızlarının nişanına gələn ata və ana ÖLDÜ

950 09.04.2024 10:53 Hadisə A A

Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ananın meyitləri tapılıb.

Hadisə rayonun Kərarmeşə kəndində baş verib.

Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın dəm qazından boğularaq öldüklərinin şahidi olublar.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı araşdırmalara başlanılıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR