İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda ağac avtomobilin üzərinə aşıb, sürücü xəsarət alıb -FOTO

750 03.11.2019 00:07 Hadisə A A

Lənkəranda palıd ağacının budağı sürücünü xəsarət almasına səbəb olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda hökm sürən qeyri-sabit hava şəraiti növbəti dəfə fəsad törədib. Hadisə rayonun Bürcəli kəndində baş verib.

Astara şəhər sakini, 1986-cı il təvəllüdlü Rüfət Şahverən oğlu Cavadov köhnə Ələt-Astara magistral yolu ilə Lənkəran istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindəki palıd ağacı güclü küləyə tab gətirməyib və yola aşıb. Ağacın iri budağı “KIA” markalı avtomobilin üstünə düşüb və sürücü xəsarət alıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Zərərçəkən xəsarətlə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. O, lazımi tibbi yardımdan sonra evə buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR