İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxarıb, 3 bina işıqsız qalıb

289 02.11.2019 18:13 Hadisə A A

Lənkəran şəhərində güclü külək səbəbindən binalardan 3-ü işıqsız qalıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Lənkəran şəhərində "1-ci mikrorayon" kimi tanınan ərazidə baş verib. Belə ki, Zərifə Əliyeva küçəsi 78/18 ünvanında yerləşən binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalar işıqsız qalıb.

Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR