İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəran müxalifətçiləri Yadigar Sadıqovu müdafiə edirlər

1587 29.06.2013 09:27 Ölkə A A
Rəis L.Məlikovaya bildirib ki, Y.Sadıqovun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi gələn həftənin birinci günü-iyulun 1-nə təyin olunan məhkəmədə məlum olacaq. Hüquq müdafiəçisi deyib ki, həmin gün Y.Sadıqovun həbsdə saxlanmasının 4-cü sutkası tamam olacaq, bu isə mövcud qanunvericiliyə görə yolverilməzdir.
Çünki şübhəli şəxs qismində saxlanılan adamları polis təcridxanasında məhkəmə qərarı olmadan 3 gündən artıq saxlamaq olmaz. Bundan başqa, Yadigar Sadıqovun qohumlarından biri musavat.com-a xəbər verib ki, başqan müşavirinin səhhətində yaranmış problem aradan qalxıb.
Qeyd edək ki, iyunun 27-də axşam Y.Sadıqov tibbi yardıma ehtiyac duyub və ona görə polis şöbəsinə təcili yardım briqadası çağırılıb. Müsavatçı fəal və yazar Yadigar Sadıqovu Lənkəranda Qarabağ əlilinə xəsarət yetirməkdə təqsirləndirirlər və ona qarşı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Y.Sadıqov və onu müdafiə edənlər ortada məqsədli şərləmənin olduğunu bildirirlər. Lənkəranda isə fəallara qarşı repressiyalar davam edir.
İyunun 28-də AXCP Lənkəran şöbəsinin gənc fəalı Şahin Ağayev saxlanılıb. O, facebook sosial şəbəkəsində Comerd Qaya kimi tanınır. Ş.Ağayev Y.Sadıqovla birlikdə çayxanada oturduğu yerdə bir narkoman onlara yaxınlaşıb bir müxalifətçinin ona borclu olduğunu, partiyalar haqda artıq-əskik sözlər deməyə başlayıb. Lənkəran cəbhəçilərinin bildirdiyinə görə, Şahin Ağayev evindən Lənkəran polis şöbəsinə aparılıb. O, 4 saatlıq dindirilmədən sonra sərbəst buraxılıb.
Lənkəranlı müxalifətçilər Y.Sadıqovun müdafiəsinə qalxıblar. AXCP, Müsavat , Aydınlar, ACP və EL hərəkatı, Ziyalılar Birliyi, Vətəndaş Həmrəyliyi Lənkəran təşkilatları Yadigar bəyin şərlənməsi ilə əlaqədar bəyanat yayıblar.
Bəyanatda deyilir: “Bu ilin yanvar ayından başlayaraq xüsusi olaraq öyrədilmiş adamlar tərəfindən Lənkərana səfər etmək istəyən Müsavat başqanı İsa Qəmbər, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və AXCP rəhbərliyinə daxil olan şəxslərə qarşı nalayiq hərəkətlər nümayiş etdirildi. Hakimiyyət siyasi opponentlərinə qarşı açıq terror siyasəti nümayiş etdirir”.
Bəyanatda daha sonra deyilir: “Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şərlənməsi kimi gülünc məzhəkə lənkəranlıların kəskin hiddətinə səbəb olub. İctimai hörmətə malik, ziyalılığı ilə əhalinin dərin hörmətini qazanmış Yadigar Sadıqovun kimə isə əl qaldırması insanlarda dərin istehza yaradıb”.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “DEVAMM olaraq, Yadigar Sadıqovun həbsinə qəti etirazımızı bildiririk. Bu, biabırçı səviyyəli bir olaydır. Hesab edirik ki, Yadigar Sadıqov öz mövqeyinə, baxışlarına, çıxışlarına görə təqib edilir.
Siyasi fəal olmaqdan əlavə, Yadigar Sadıqov forumçu, bloggerdir. Onun ictimai-siyasi mühitdə illərlə formalaşan müsbət imici var. Hər kəsə bəllidir ki, Yadigar Sadıqov prinsiplərə sadiq, mübariz insandır. Və ona qarşı irəli sürülən ittihamların əsassız və qərəzli olması da hamıya bəllidir".
DEVAMM olaraq, bir daha Yadigar Sadıqovun həbsini pisləyir, onun təcili azadlığa buraxılmasını tələb edirik".
Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) da həbslə bağlı bəyanat yayıb. SAMA siyasi hakimiyyət tərəfindən ictimai-siyasi fəallara qarşı davam edən repressiyaları pisləyir və Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun həbs edilməsindən narahatlığını ifadə edir. SAMA bəyan edir ki, prezident seçkisi ilində ölkədə siyasi məhbus problemi öz həllini tapmamış, əksinə, siyasi məhbusların sayı getdikcə artır.
Lənkəran Dövlət Universitetinin keçmiş məzunları, bir qrup gənc müəllimləri, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun şərlənərək həbs edilməsi ilə bağlı bəyanat yayıblar.
Bəyanat müəllifləri bildirirlər ki, Yadigar Sadıqovun həbsi siyasi sifarişdir və o, indiyə qədər bir neçə dəfə təzyiqlə üzləşib, hətta çalışdığı universitetdən də xaric edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR