LƏNƏTƏ GƏLƏSƏN, TOM...
Prinsipcə fırtına qopmayıb, Kür daşmayıb, sadəcə yağası yağış öz işini görüb. Məntiqlə şəhəri idarə edənlər də buna yüz faiz hazır olmalıydılar. Fəvvarələr meydanında farmazonlar kimi balaca təmizlik maşınları ilə gəzməyə bənzəmir bu. Üstü bəzək, altı təzək prinsipi ilə bir şəhəri nə qədər müddət idarə etmək olar?
Dünən Rüstəm Behrudinin müsahibəsini oxuyuram. Yenə “halı məmləkət halıdır”. Amma deyir, payız girdiyi üçün gözünə işıq gəlib, şerlərini partapart yazacaq. Payız şair fəslidir, buna şübhə yox. Amma bu dünyada demirəm, bu şəhərdə yağışa nifrət edən bir nəfər varsa, o da nəqliyyat naziri Ziya Məmmədovdur. Ancaq onun idarə etdiyi Bakı nəqliyyatı, yolları 5 dəqiqə ərzində yağışa təslim ola bilər. Göydən yerə damcılar enən kimi şəhər camaatı bütün həftə sonu planlarını təxirə saldı: uşaqların gəzintisi, həftəlik alış-veriş, teatr, kino... Deyərsən, şəhərə matəm çöküb, ya da komendant saatıdır. Əslində elə buna bənzər bir şeydir. Bir gəzintidən qayıdanda ki iki saat tıxacda qanın it qanına dönəcək, bir alış-veriş ki sənə qəzaya uğramış maşın formasında geri qayıdacaq, bu, elə fövqəladə vəziyyət deməkdir.
Sizə zarafat gəlməsin, şəhər beynəlxalq bir müsabiqəyə ev sahibliyi etməyə hazırlaşır. Müsabiqə də may ayında, yəni yağışların bol olduğu zamanda keçirilir. Zalım yağışın bircə saat aramsız yağması bəs edir ki, qiyamət gününün yaxınlaşdığını düşünəsən. Ya da yenidənqurma illərindəki kimi bir azdan ət, çörək, yağ... talonlarının dövriyyəyə buraxılacağını. Deyəsən, ən salamatı budur. Tək kanallı televiziya dövrünə keçək, paltarı əlimizlə yuyaq, pultun nə olduğundan xəbərimiz olmasın, lap elə mən də bu yazını makinada yığım...
Bir yağışla illər öncəki yaşam tərzinə qayıdırıqsa, elə həmin cür yaşamaq məsləhətdir. Belə olanda bilərik ki, hələ XXI əsrə çatmamışıq, qarşımızda isə sivilizasiyanı görmək üçün uzun-uzun illər var.
Günorta canım AzTV şəhərdən reportaj verirdi guya. Həzin musiqi sədaları altında yağmurlu Fəvvarələr meydanı, Dənizkənarı Bulvar. Çətirli qız heykəlinin altına girən firavan gənclər... Sanki iki metr aralıda partlayan kanalizasiya borusu yolu bərbad günə qoymayıbmış kimi, bir tin o yanda sürücülər bir-birinin boğmayırmış kimi... Hərdən AzTV-nin bu siyasəti mənə yerli kanalların xarici filmləri tərcümə siyasətini xatırladır. Təsəvvür edin ki, filmdə qəhrəmanlar bir-birini bəs deyincə söyür, nəsil-nəcabət söhbəti havada uçuşur, “fuck”ın biri beş qəpikdəndir, amma tərcümə bu formadadır: “Görüm səni lənətə gələsən, Tom”, ya da “İtil burdan, Con”... AzTV-nin həmin yağmur reportajı da adama bu tərcüməni xatırladır - söyüş göydə uçur, bunlar Rüstəm Behrudi ədasındadır...
Külək əsir - tikintilərin toz-torpağı, yerdəki zir-zibillər adamın burnuna, başına dolur. Gün çıxır - camaat susuzluqdan qırılır, zibilliklərdən yayılan üfunət adamı həyatdan iyrəndirir. Qardan heç danışmıram - o zaman nə qaz olur, nə işıq, nə də su. Üstəlik, çörək də tapılmır. Yağışdan da bayaqdan bəri danışırıq... Maləsəf, ildə dörd fəsil var, dördünü də zay eləyiblər...
AzTV demiş, lənətə gələsiz...(Siz bunun ingilis dilində deyildiyini düşünün).