İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrova sual verən jurnalist Anar Həsənov Polad Bülbüloğlundan əfv olunmasını xahiş edir

8823 15.02.2017 18:24 Son xəbər A A

Minval.az saytının etibarlı mənbələrə istinadən verdiyi xəbərə görə, jurnalist Anar Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğundan əfv olunması üçün xahiş etməyə hazırlaşır.

Bundan da Anar Həsənovun həm səfirin özü, həm də Polad Bülbüloğunun nüfuz etdiyi şəxslər tərəfindən ciddi təzyiqlərə məruz qalması nəticəsini çıxarmaq olar.

Bildirilir ki, keçən həftə Anar Həsənov Bakıya gələrək yerli KİV-lərdən birində işə düzəlmək istəyib. Lakin onun bütün cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, “Lider tv”nin keçmiş müxbiri Anar Həsənov Rusiya xarici işlər naziri Sergey Lavrova Dağlıq Qarabağdakı situasiya ilə bağlı cəsarətli sual ünvanlamış, bu səbəbdən gözdən düşərək işinə son verilmişdi.

Minval az-ın əvvəllər də xəbər verdiyi kimi, jurnalistin Rusiyadakı fəaliyyətinə xitam verilməsi barədə məsələ şəxsən Polad Bülbüloğlunun özü tərəfindən qaldırılıb. Səfir həm Anar Həsənovun verdiyi sualı, həm də Lavrovun qaytardığı cavabı ölkələr arasındakı münasibətlərə xələl gətirdiyini hesab edib.

Polad Bülbüloğlu jurnalistin verdiyi sualı “təxribat” olaraq qiymətləndirmiş və hətta buna görə onu təhqir etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR