Lavrov və Kerri Türkiyə-Suriya sərhədinin bağlanmasını müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə söhbət zamanı Türkiyə-Suriya sərhədinin bağlanması zəruriliyi haqqında məsələni müzakirəyə çıxarıb.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, bildirib ki, bu məsələ tədbirlərin tezliklə razılaşdırılmasını tələb edir.






