İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov və Kerri Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə ediblər

627 06.09.2015 02:00 Siyasət A A
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirir.    
 
Məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Lavrov və Kerri İŞİD və digər  terror qruplaşmaları ilə mübarizə məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin 30 iyun 2012-ci il tarixli Cenevrə kommunikesinin müddəalarına uyğun olaraq  Suriyada siyasi prosesin bərpası istiqamətində BMT-nin səylərinin dəstəklənməsi üzrə əməkdaşlıq məsələlərini, habelə Suriyada və onun ətrafında yaranmış vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər.
 
Tərəflər Suriyadakı vəziyyətin nizamlanması üçün gələcəkdə sıx əməkdaşlıq edilməsinə dair razılığa gəliblər.    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR