İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Ukraynadakı vəziyyətdən danışdı

1429 09.09.2014 16:32 Dünya A A
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, xırda insidentlərə baxmayaraq rəsmi Kiyev və Rusiyameylli qüvvələr atəşkəsə əməl edirlər. 

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir. 

“Ümumilikdə, atəşkəs rejiminə əməl edilir. Düzdür xırda insidentlər var və tərəflər bunda bir-birini günahlandırır” – deyə, Rusiya XİN rəhbəri bildirib.

Öz növbəsində, Ukrayna tərəfi bəyan edib ki, ölkənin şərqində atəşkəs rejiminin elan olunmasından sonra 4 Ukrayna hərbçisi öldürülüb, daha 29 nəfər isə yaralanıb. 

Qeyd edək ki, Kiyev rəhbərliyi və Rusiyameylli qüvvələr arasında atəşkəs barədə razılaşma sentyabrın 5-də qüvvəyə minib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR