Vətən müharibəsinin 17-ci günündə Rusiyanın vasitəçiliyi ilə baş tutmuş humanitar atəşkəs düşmən tərəfindən pozulur.
Dünən Ermənistanın Xarici İşlər naziri ilə keçirilən görüşdə Lavrov Azərbaycanın şərtini Ermənistanın üzünə dedi: "Dağlıq Qarabağda münaqişə iştirakçıları tərəfindən siyasi dialoqu uzatmaq olmaz”.
Bu bəyanat nədən xəbər verir? Rusiya erməni qoşunlarının konkret qrafik əsasında çıxarılmasını istəyir, yoxsa yenə də oyun gedir?
Solovyovun tok-şousunda ekspertlərdən biri dedi ki, Azərbaycan Ermənistana ağır zərbələr vurub, amma hər iki tərəfin artıq müharibə etmək gücü tükənib. Ermənistanla bağlı hissə doğrudur. Azərbaycanı Ermənistanla müqayisə etmək isə qərəzlidir. Rusiya bəlllidir. Bəs dünyanın böyük gücləri son proseslərdə hansı mövqeni nümayiş etdirir? Proseslər hara doğru gedir?
Bu və digər sualları, mövzuları saat hazırda “Canlı debat" verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edirik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.
Bunun üçün Musavat.com-un Facebook və ya Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatıla bilərsiniz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






