İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov İrəvana gedir -Səbəb

836 03.06.2022 15:52 Region A A

İyunun 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Lavrov İrəvanda KTMT Nazirlər Şurasının iclasında iştirak edəcək.

XİN sözçüsü bildirib ki, görüş iştirakçıları KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığa yekun vuracaqlar və gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Tədbir zamanı beynəlxalq və regional vəziyyətin durumu və onun KTMT-yə üzv dövlətlərə təsiri, habelə KTMT-nin böhrana cavab mexanizminin təkmilləşdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi nəzərdə tutulub. Görüşün yekununda 2022-2024-cü illər üçün xarici siyasət və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr planının imzalanacağı gözlənilir.

Səfər çərçivəsində Rusiya XİN başçısı bir sıra ikitərəfli görüşlər keçirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR