İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Bakıya erməni əsirlər üçün gəlir? - Deputat Fazil Mustafa ilə "Canlı debat"

1758 07.05.2021 11:50 Gündəm A A

Vətən müharibəsindəki möhtəşəm qələbəmizi geridönməz edən olay: Şuşanın azadlığından 6 ay ötür (8 may). Hərb meydanında müharibə bitdi, ancaq diplomatiya, informasiya müstəvilərində davam edir. Təbliğat-diplomatiya savaşında ən ciddi uğurlarımızdan biri yəqin ki, ermənipərəst Minsk Qrupunun dirçəlməsinə hələ də imkan verməməyimizdir. Ancaq belə görünür ki, bu yöndə bizə təzyiqlər davam edəcək. Azərbaycandan “Minsk Qrupu” təhlükəsini tam sovuşdurmaq üçün nə etməliyik? Özünü zorla bizə sırımağa çalışan vasitəçilərdən necə qurtulmalıyıq?

Xankəndinə doğru yolun harasındayıq?

Mayın 9-a bir gün qaldı. Ermənilərə ayrılan vaxt bitir. Rusiya sülhməramlılarının nəzarət bölgəsində olan Xocavənddən faşist əlaltısı olmuş Qaregin Njdenin abidəsi söküləcəkmi? Artıq xəbərdarlıq edilib. Ortada Bakının da sərt iradəsi var. Bəs Njdenin İrəvandakı 6 metrlik abidəsi? Moskva niyə onun da de-montaj edilməsində israr göstərmir? Axı Ermənistanın özü də onun nəzarət zonasındadır. Rusiya erməniləri özünə qarşı daha aqressiv eləməmək üçünmü ehtiyat edir? Qardaş Türkiyədən Azərbaycana daha bir minatəmizləyən texnika gətirildi. Belə texnikalar işin sürətinə hansı təsiri göstərəcək? Onların sayını artırmaq mümkün deyilmi? Ümumiyyətlə indiyədək görülən işin miqyası nə deyir? Əraziləri minalardan təmizləmək üçün bizə neçə il vaxt gərək olacaq? İlkin olaraq 10-15 il lazım olacağı deyilirdi. İlk köçkünlər nə zaman qayıtmağa başlayacaq?

"Rusiya əmindir ki, yaxın zamanlarda hərbi əsirlər məsələsi öz həllini tapacaq”. Bunu Rusiya XİN başçısı Sergey Lavrov İrəvan səfəri zamanı deyib. Söhbət təbii ki, Bakıda saxlanılan erməni diversantlardan gedir. Çünki Azərbaycanda erməni hərbi əsir yoxdur. Lavrovda belə əminlik hardandır? Ümumiyyətlə Lavrov İrəvandan nə ilə getdi və Bakıya nə ilə gəlir? Rusiya baş diplomatının Ermənistan səfərinin pərdəarxasında nələr var?

Bu və gündəmdəki digər mövzuları Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ümvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR